Şeyxülislam həzrətləri qanvermə aksiyasında iştirak etdi

Aşura günü münasibətilə Bakının Təzə Pir məscidində təşkil olunmuş qanvermə aksiyasında Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi də iştirak edib. Aksiyada eləcə də Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkili Cavanşir Paşazadə, Akademik Vasim Məmmədəliyev iştirak ediblər. Tədbirdən sonra Şeyxülislam həzrətləri jurnalistlərin suallarını cavablandırıb.

Oxunub : 190