.:: qafqazislam.com ::. Qafqaz Müsəlmanları İdarəsi
Azərbaycan
İmamzadə, yaxud “Göy imam” türbəsi kimi tanınan İbrahim bin Muhəmməd Baqirin (ə) məqbərəsi Gəncə şəhərinin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığında yerləşir. Üzərindəki yazıya əsasən məqbərə 8-ci əsrə aiddir.
Bakıdan 4-5 km aralıda, Xəzər dənizinin sahilində yerləşən Bibiheybət məscidi Azərbaycanda mövcud olan müqəddəs ziyarətgahlardan biridir. Burada İmam Museyi-Kazımın (ə) övladlarından olan Xanım Həkimənin (ə) müqəddəs qəbri yerləşir.
Nardaran qəsəbəsində yerləşən məşhur ziyarət kompleksi Həzrət İmam Museyi-Kazımın (ə) qızı, İmam Rzanın (ə) bacısı Xanım Rəhimənin (ə) adı ilə bağlıdır. O Xanım (ə) Harun ər-Rəşid və Məmunun xilafəti dövründə Azərbaycana pənah gətirən Peyğəmbər (s) nəslinin nümayəndələrindən biridir.
  • ƏVVƏL
  • 1
  • SONRA