Məscidül-Həram və Kəbə - Məkkə şəhəri

 Yer üzündə insanlar üçün qurulan ilk məscid olan Məscidül-Həramın adı "Hörmətli Məscid" mənasını verir. Məkkə şəhərində yerləşən Məscidül-Həramın daxilində İslam dünyasının Qibləsi Kəbə yer alır. Bura həm də “Beytür-Rəhman” ( “Mərhəmətli Allahın evi” ) və “Beytül-Lahil-Həram” ( “Allahın Hörmətli (müqəddəs) evi” ) deyilir. Bura edilən Həcc ziyarəti İslam dininin beş rüknlərindən (əsaslarından) biri olmaqla, müsəlmanlar üçün çox mühüm və ən şərəfli əməllərdən sayılır. Həcc, eləcə də Ümrə ziyarətinin əməllərindən olan səy əməlinin icra olunduğu Səfa və Mərva təpələri, həmçinin “Zəmzəm” suyu, “Məqami ibrahim”, “Hətim”, “Mültəzəm”, “Müstəcar”, də bu məscidin ərazisində yerləşir.

Oxunub : 1350