Haqqında deyilənlər

 
 
   
   Azərbaycanın dini rəhbəri bizim müsəlman dinimizi nəinki Azərbaycanda, bütün   Qafqazda təmsil edən ən yüksək rütbəli şəxsdir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz müsəlmanlarının Şeyxülislamı adını alıbsa, demək, bu bizim üçün böyük iftixar hissidir.
  Heydər Əliyev
  Ulu Öndər
 
 
 
 
 
Şeyxülislam Allahşükür Paşazadə təkcə Azərbaycanda və ümumən Qafqazda deyil, bütün beynəlxalq aləmdə geniş tanınan, çağdaş dünyamızın nüfuzlu din xadimləri və dövlət adamları tərəfindən ehtiramla qəbul edilən, böyük hörmətə və nüfuza sahib olan şəxsiyyətdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
 
 
 
 
Şübhəsiz, Qafqaza dair məsələlərdə dini konfessiyaların ruhani liderləri mühüm rol oynayırlar. Sizin münaqişəli vəziyyətləri nizama salmaq sahəsində sülhməramlı, yaradıcı fəaliyyətiniz, cəmiyyətdə mənəvi iqlimin sağlamlaşdırılması naminə səyləriniz ən yüksək qiymətə və hərtərəfli dəstəyə layiqdir...
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti
 
 
 
 

Müxtəlif dinlərin nümayəndələri tərəfindən sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var.
II İohan Pavel
Roma Papası
 
 
 
 
 
Sizin uzun illər boyu xalqa göstərdiyiniz sədaqətli xidmət gələcək nəsillər üçün gözəl örnəkdir... Sülh və xalqlar arasında ədalətli münasibətlər uğrunda mübariz kimi rolunuz Azərbaycanın hüdudlarından aşaraq, Sizə beynəlxalq nüfuz və dünya çapında ehtiram qazandırmışdır.
II İLİYA
Ümumgürcüstan Katolikos - Patriarxı
 
 
 
 

Uzun illər boyu tanıdığım və hər zaman təmas içində qaldığımız mümtaz şəxsiyyət Allahşükür Paşazadənin Azərbaycanın digər İslam ölkələri ilə münasibətlərinin məzmun və səviyyəsinin yüksəldilməsindəki və nəhayət, ölkənin 1991 – ci ildə İslam Konfransı Təşkilatına rəsmən üzv olmasında böyük xidmətlərinin, həmçinin qəhrəman Azərbaycan xalqının haqq işinin dünyaya çatdırılmasındakı rolunun bizzat şahidi olmuşam.
Ekmələddin İHSANOĞLU
Islam Əməkdaşlıq Təşkilatının Baş katibi
 
 

Hazırda «din amili» beynəlxalq münasibətlər sistemində getdikcə daha mühüm yer tutur. Ruhani liderlər münaqişələrin nizama salınmasına getdikcə daha tez – tez səmərəli təsir göstərir, müasir dövrün ən ciddi problemlərinin aradan qaldırılmasına əhəmiyyətli yardım edə bilirlər. Siz bu sahədə əlinizdən gələni edirsiniz və sülhsevər din xadimi kimi dünyada rəğbət qazanmısınız.
II ALEKSI
Moskva və Bütün Rusiya Patriarxı

 
 
 
 
Müqəddəs dinimiz olan İslamın gözəl ənənələrinin ölkəmizdə, eləcə də bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi illər ərzində bu dini qurum İslam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının artırılması işində böyük rol oynayan mühüm mərkəzlərdən birinə çevrilmişdir. Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində Hacı Allahşükür Paşazadənin tutduğu əsl vətəndaş mövqeyi onun ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığını nümayiş etdirdi.
Heydər ƏLİYEV
Ulu Öndər