QMİ sədri Dağ Yəhudiləri icmasının rəhbərini təbrik edib .21.09.2017

 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükü Paşazadə Azərbaycandakı Dağ Yəhudiləri icmasının rəhbəri Milix Yevdayevi Roş-xa-Şana bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
 
“Sizi və Sizin simanızda Azərbaycanda yaşayan bütün dağ yəhudilərini əziz bayramınız – Roş-xa-Şana münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə O Bir Olan Yaradandan can sağlığı, rifah və səadət diləyirəm.
Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bu bayram günündə Azərbaycan müsəlmanları öz yəhudi qardaşlarına sinaqoqlarda şofar sədaları altında ibadət və dualarının qəbul olmasını arzulayır, bayram süfrəsi ətrafında etdikləri bütün xoş niyyətlərinin həyata keçməsini diləyirlər.
Şükürlər olsun ki, Azərbaycanı öz Vətənləri sayan dağ yəhudiləri bu mübarək bayramı həmişə olduğu kimi, bu il də könül xoşluğu və sevincli əhval-ruhiyyə ilə qarşılayırlar.
Qoy Uca Yaradan bu Yeni il Azərbaycan yəhudilərinə yeni uğurlar bəxş etsin! AMİN!”
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 75