Özbəkistan prezidentindən Şeyxülislam həzrətlərinə təbrik məktubu . 22.06.2017

 
Qafqaz Müsəlmanları İdarəsinə Özbəkistan prezidenti cənab Şavkat Mirziyoyevdən Şeyxülislam Allahşükür Paşazadənin adına məktub daxil olub. Məktubda deyilir:
 
“Möhtərəm Cənabi-Aliləri,
Mübarək Ramazan ayı münasibətilə bizə ünvanladığınız gözəl və səmimi təbriklərinizə görə öz dərin minnətdarlığımı bildirməkdən olduqca bəxtiyaram.
Bu bərəkətli və səadətli müqəddəs ayın gəlişi münasibətilə Sizə səmimi təbriklərimi yetirir, qardaş və dost xalqlarımız arasındakı ikitərəfli münasibətlərin bundan sonra da hərtərəfli inkişaf edəcəyindən əminliyimi bildirirəm.
Yaradanın xeyir, səxavət və rəhmət nuru ilə dolan bu bayram günlərində Sizə və Sizin yaxınlarınıza uzun ömür, möhkəm can sağlığı, ailəvi xoşbəxtlik və uğurlar diləyirəm.
Allahdan Sizə İslam Ümmətinin birliyi və həmrəyliyi uğrunda xeyirli əməllərinizdə yeni müvəffəqiyyətlər arzulayıram.
 
Səmimi ehtiramla,
 
Şavkat Mirziyoyev
Özbəkistan Respublikasının Prezidenti”
 
 *Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 161