Şeyxülislam İran rəhbərlərinə başsağlığı verib. 08.05.2017

 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Ali Dini rəhbəri Ayətullah-üzma Seyid Əli Xamneyi həzrətlərinə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir:
 
“Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri bizi hədsiz sarsıtdı. Bununla bağlı Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan müsəlmanları adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara Uca Allahdan şəfa diləyir, bütün iranlı qardaşlarımıza səbr və dəyanət arzulayıram.
Möhtərəm Ali Dini rəhbər! Həzrətlərinizə dərin ehtiramımızı yetirərək, Allah-Təaladan İslamın rifahı naminə gördüyünüz bütün işlərdə Sizə yardımçı olmasını diləyirəm. Bir daha səmimi başsağlıqlarımızı qardaş İran xalqına yetirir, Uca Allahdan Öz Lütf və Mərhəmətini hər zaman bizim xalqlarımız və dövlətlərimiz üzərində bərqərar etməsini diləyirəm!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
      
         Dərin hüznlə,
Şeyxülislam
Allahşükür Paşazadə”
 
Baş vermiş fəlakətlə əlaqədar QMİ sədri həmçinin İran İslam Respublikasının prezidenti Zati-Aliləri cənab Həsən Ruhaniyə də başsağlığı məktubu göndərib.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1125