Patriarx Kirill Şeyxülislama təşəkkür edib 14.04.2017

 
Qafqaz Müsəlmanları İdarəsinə Moskva və Bütün Rusiya Patriarxı Kirilldən Şeyxülislam Allahşükür Paşazadənin adına məktub daxil olub. Məktubda deyilir:
“Əziz qardaşım!
Aprelin 3-də Sankt-Peterburq şəhərində baş vermiş terror aktı ilə əlaqədar mənə ünvanladığınız başsağlığı məktubunuza görə  Sizə səmimi minnətdarlığımı bildirirəm.
Dinc insanlara qarşı törədilən zorakılığın və təcavüzün heç bir bəraəti ola bilməz.
Sizin qardaşca dəstəyinizi yüksək qiymətləndirirəm. Mən əminəm ki, Rus Pravoslav Kilsəsi ilə başçılıq etdiyiniz Qafqaz Müsəlmanları İdarəsi arasındakı əməkdaşlıq bugün xüsusi tələb və əhəmiyyət kəsb edir, çünki bu əməkdaşlıq dünya üçün qarşılıqlı etibar və ehtirama əsaslanan səmərəli dinlərarası dialoqun bir nümunəsi olmağa qadirdir.
Sizə möhkəm can sağlığı, gumrahlıq və əminamanlıq arzu edirəm.
 
Hörmətlə,
 
Kirill
Moskva və Bütün Rusiya Patriarxı”
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 81