QMİ sədri Xristian dini rəhbərlərini və Azərbaycandakı xristian icmaların başçılarını qarşıdan gələn Pasxa bayramı münasibətilə təbrik məktubları göndərib 14.04.2017

 Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Xristian dini rəhbərlərini və Azərbaycandakı xristian icmaların başçılarını qarşıdan gələn Pasxa bayramı münasibətilə təbrik edib.
Belə ki, Şeyxülislam Həzrətləri Xristian aləmində ən önəmli bayamlardan biri olan Pasxa münasibətilə Roma Papası Fransiskə, Moskva və bütün Rusiya Patriarxı Kirillə, Bütün Gürcüstan Patriarx-Katolikosu II İliyaya, Rum Fənər Patriarxı Varfolomeyə, Bütün Belarusiya Minsk və Zaslavsk patriarx ekzarxı Pavelə, Bütün Belarusiyanın fəxri patriarx ekzarxı Mitropolit Filaretə, Kiyev və bütün Ukrayna Mitropoliti Onufriyə, Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandra, eləcə də Vatikan dövlətinin mədəniyyət üzrə Papa Şurasının prezidenti Kardinal Canfranko Ravazziyə, dövlət katibi Kardinal Pyetro Parolinə, Nunsi Arxiyepiskop Marek Solçinskiyə və Roma Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Feketeyə təbrik məktubları ünvanlayıb.
 
 
 
 
 
 
 
 

Oxunub : 80