“ŞƏBNƏM” QIZLAR MƏDRƏSƏSİ

 Bakı şəhər Səbail rayonunda yerləşən “Şəbnəm” Qızlar Mədrəsəsi 2003-cü ildən fəaliyyət göstərməyə başlayıb, orta və natamam orta ümumtəhsil məktəblərini bitirən və İslam dininin əsaslarını öyrənmək istəyən qızlara dini təhsil vermək məqsədilə yaradılıb.
Mədrəsə öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, “Dini Etiqad Azadlığı Haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunvericilik aktlarını, Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsini tələb və göstərişlərini rəhbər tutur.
“Şəbnəm” Qızlar Mədrəsəsinin fəaliyyəti Azərbaycanın müxtəlif yerlərindən gələrək tələbə adını qazanan, həmçinin gözdən əlil olan qızlara milli və məzhəb ayrı-seçkiliyinə yol vermədən mükəmməl dini təhsil verməkdən, onları müstəqil həyata layiqli vətəndaş və ailə xanımı kimi hazırlamaqdan ibarətdir.
Gənc qızlara dini və milli dəyərləri, islami və bəşəri məziyyətləri geniş təbliğ etmək “Şəbnəm” Qızlar Mədrəsəsi müdərrislərinin əsas qayəsini təşkil edir .
Mədrəsə QMİ-nin ümumi rəhbərliyi altında fəaliyyət göstərir və ona müəyyən olunmuş qaydada hesabat verir.
“Şəbnəm” Qızlar Mədrəsəsinin müdiri Gülnarə Həşimovadır.

Oxunub : 4890