110. ən-Nəsr (Kömək) surəsi

(Məkkədə nazil olmuşdur, 3 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1. (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;
2. İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman
3. Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri (çox) qəbul edəndir!

Oxunub : 736