99. əz-Zilzal (Zəlzələ) surəsi

(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1. Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;
2. Yer öz ağır yüklərini çıxardıb atacağı zaman;
3. İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” -deyəcəyi zaman-
4. Məhz o gün (yer) öz xəbərlərini (başına gələnləri) söyləyəcəkdir,
5. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur) !
6. O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfdə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).
7. Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).
8. Kim də zərrə qədər pis görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).

Oxunub : 388